"AZAL" Azərbaycana turist axınının qarşısına sipər çəkib - Cahangir Əsgərov problemi ciddiləşib

16:06 28-09-2021 450

Cahangir Əsgərov xalqa, dövlətə və ölkə iqtisadiyyatına zərbə vurur

COVİD - 19 pandemiyası ilə birgə yaşamağa məcbur olan dünya yenidən turistik əlaqələri bərpa etməyə qərar verib. Pandemiyadan əvvəlki səviyyədə olmasa da, turizmin inkişafı yavaş da olsa, hərəkətə keçib. Hətta dünyanın pandemiyadan daha çox zərər görən, insan itirən İspaniya, İtaliya, Fransa, Almaniya və digər ölkələri belə turizmin inkişafına təkan verirlər.
Dünyada turizmin inkişafı bir çox ölkələrin iqtisadi inkişaf mənbəyinə çevrildiyi halda, Azərbaycanın bu sahədə xeyli geri qalması aydın hiss olunur.
Apardığımız sorğu və araşdırmalar nəticəsində Azərbaycanın turizmdə geri qalmasının əsas səbəbləri içərisində təyyarə biletinin qiymətinin digər dövlətlərlə müqaisədə bir neçə dəfə bahalığıdır.
Cahangir Əsgərovun şəxsi şirkəti kimi fəaliyyət göstərən "AZAL" biletlərə qoyduğu qiymət həqiqi dəyərindən bir neçə dəfə baha olduğuna görə, hətta Azərbaycan vətəndaşları xarici ölkələrə qonşu Gürcüstadan getməyə üstünlük verirlər.
Azərbaycan bütün sahələrdə olduğu kimi, ölkə vətəndaşlarının xarici səfərlərinə də qiymətlərin artması hesabına ciddi maneə yaradır. Bu da haqlı olaraq əhalinin ciddi narazılığı və etirazı ilə qarşılansa da, heç bir yenilik hiss olunmur.
"AZAL" şirkəti dövlətin olsa da, bu şirkətin fəaliyyətində xalqın və dövlətin yox, Cahangir Əsgərovun maraqları əsas götürülür.

 

Paralel.az