Avropada qazın qiyməti min dolları keçdi

16:21 28-09-2021 378

Proqnoz.com Bloomberg agentliyinə istinadən xəbər verir ki, sentyabrın 28-də birjalar açılışında Avropada qaz fyuçerslərinin qiyməti min kubmetri 1000 dolları keçərək tarixi zirvəyə çatıb

Bunu tender məlumatları sübut edir. Avropanın ən likvid mərkəzi olan Hollandiya TTF indeksinə görə, oktyabr qaz fyuçerslərinin qiyməti 28 sentyabrda min kubmetr üçün təxminən 992 dollar olaraq ticarətə başlayıb. Bir neçə dəqiqədən sonra qiymətlər 1000 dollar həddini keçərək min kubmetr üçün maksimum 1030 dollara çatdı. Ekspertlər qarşıdakı günlərdə qiymətlərin daha da artacabı gözlənilir.

Akif Nəsirli