İcra başçısının 217 nömrəli məktəb direktoru olan xanımı Vətən müharibəsinin tarixini təhrif etməsinə aydınlıq gətirib

11:57 29-09-2021 873

"Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yarandı".

Proqnoz.com Report-a istinadən xəbər verir ki, bunu Bakı şəhəri 217 nömrəli tam orta məktəbinin direktoru Bənövşə Cəfərova deyib: "Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram", - o vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindənbildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

Onu da xatırladaq ki, bir neçə il öncə mediada Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən E.Sultanov adına 217 nömrəli  orta məktəbdə açıq- aşkar "alver" getməsi barədə məlumatlar yayılmışdı.

Həmin məlumatda bildirilirdi ki, qlobal.az-a  şikayət edən valideynlər bildirirlər ki, məktəbdə uşaqlardan fond pulu, süpurgə pulu, müxtəlif test kitabçalarının satılması adı altında hər həftə pul yığılır. Valideynlərin şikayətinə baxmayaraq direktor Bənövşə Cəfərova heç bir tədbir görmür. Çünki müəllimlər uşaqlardan yığılan pulları direktorun adından yığırlar. Birinci sinifdə şagirdlərin savadlı müəllimlərin sinfinə düşməsindən tutmuş, repititor yanına gedən yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində pul alınır. 

Həmçinin 217 nömrəli məktəbdə uşaqlar üçün vinetkalar hazırlanmasıadı altında böyük pullar yeyilir. Birinci siniflərdən "vinetka”ların hazırlanması məqsədi ilə 35-50 manat arasında pul alınır. Hər ay süpurgə pulu 5 manat, ən ucuz test və iş dəftərləri 5 manatdan uşaqlara verilir. Bununla belə məktəbdə tədrisin keyfiyyəti çox aşağıdır. Müəllim yanına getməyən şagirdlərin elementar anlayışları belə bilmir.Əsasən ibtidai sinif müəllimləri pul yığmaq məsələsində çox fəallıq edirlər. Özlərinin ad günü, 8 mart və müəllimlər günü adı altında şagirdlərdən pul yığılır. 

Valideynlərin sözlərinə görə, Sulutəpə qəsəbəsindəki 313 saylı məktəbdə vəziyyət Bənövşə Cəfərovanın direktoru olduğu məktəbdən kəskin fərqlənir. Bu məktəbdə şagirdlər demək olar pul yığılmır. Valideynlər 313 saylı məktəbdən razılıq edirlər. Bu səbəbdən əksər valideynlər 217 nömrəli məktəbdən uşaqlarını çıxardaraq 313 saylı məktəbə qoyurlar. 

Qeyd edək ki,  217 nömrəli məktəbin direktoru Bənövşə Cəfərova amux Rayon İcra Hakimiyyətinin başçısı Ali Qocayevin həyat yoldaşıdır. Onuda əlavə edək ki, Ali Qocayev Milli Məclisin eks-spikeri Oqtay Əsədovun qudasıdır.