Beyləqan icra başçısı Asif Ağayev şəhid atasını şantaj edir - şəhid atası Ələddin Bayramov deyir...

13:47 29-09-2021 603

Şəhid atası deyir ki, icra başçısı Prezident Aparatına barəmdə şantaj materialları verir.

Daha sonra şəhid atası əlavə edir: " ... altı ay bundan öncə ikinci Qarabağ müharibəsində şəhid olmuş oğullarımızın xatirəsi üçün rayon mərkəzində abidə ucaldılması üçün icra başçısı Asif Ağayevin qəbulunda oldum. O, mənim Beyləqan rayonunun mərkəzində şəhidlərin xatirəsinə abidə ucaltmaq barədə xahişimə münasibət bildirdi.

Dedi ki, Şamaxı rayonunda icra başçısı işləyəndə 1941-1945-ci il müharbəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni tədricən uçurub, yerində 20 Yanvar şəhidlərinin xatirəsinə abidə ucaltmışam. Beyləqanda da ikinci Qarabağ müharibəsi şəhidləri üçün belə bir abidəni tikmək barədə düşünürəm.

İndi isə mənə danışdığı Şamaxıda həyata keçirdiyi öz  əməlini mənim adıma yazır, yuxarılara deyir ki, Ələddin Bayramov möndən tələb edir ki, rayon mərkəzində 1942-1945-ci illər müharibədə həlak olmuş şəhidlərin xatirəsinə rayon mərkəzində ucaldılmış abidəni uçur, yerində Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlara xatirə abidəsi tik! Bilirəm ki, mən tələbkar olduğuma görə, icra başçısı Asif Ağayevin məndən xoşu gəlmir, haqqımda yalan danışır.

Bununla kifayətlənmir, bu yalanları rayonda onun sağ əli kimi tanınan, bütün bəd əməllərini həyata keçirən şöbə müdiri, baytar həkim, kəndçimiz İlqar Quliyevin vasitəsilə məni şantaj etməyə çalışır. Mənə bu məlumatı rayonumuzun deputatı Şahin İsmayılov verdi. Dedi ki, sən icra başçısından belə bir iş tələb etmisən.

Mən isə deputata dedim ki, mənim adıma deyilən bu söz yalandır. Asif Ağayevin özünün mənə danışdığı Şamaxıda 1941-1945-ci illərdə şəhid olanların xatirə abidəsini uçurub yerində 20 Yanvar şəhidlərinə düzəltdiyi abidə olayı ona danışdım"!

Şəhid atasının dediyindən belə məlum olur ki, icra başçısı Asif Ağayev şəhidlərin abidəsi üçün Beyləqan şəhərinin cənub girəcəyindəki yol qovşağında yerləşən ərazini başqalarına satdığına görə, məsələnin üstünü ört-basdır etmək üçün  Ələddin Bayramovu şantaj edir.

Paralel.az