ÇL: "Şerif" "Real"ı, PSJ "Siti"ni məğlub etdi

18:28 29-09-2021 450

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 6 oyunu keçirilib.

Proqnoz.com xəbər verir ki, turun mərkəzi qarşılaşması A qrupunda baş tutub. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına uduzub - 1:2.

Gecənin sensasiyası D qrupunda qeydə alınıb. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.

B qrupu

"Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2

"Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:5

C qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0