Çexiyanın XİN rəhbəri Azərbaycana gəlir

18:53 29-09-2021 405

Çexiyanın xarici işlər naziri Yakob Kulhanek sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gələcək.

Proqnoz.com Report-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Tərəflər iki ölkə arasında bir sıra səhələrdə əməkdaşlıq əlaqələrinə dair məsələləri müzakirə edəcəklər.