Nazir müavininə şok ittihamlar: Masallı meşələri şəxsi maraqların girovuna çevrilib - FOTOFAKT

21:37 01-10-2021 288

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində (MRMTM) baş verən özbaşınalıqlar və qanunsuzluqlarla bağlı şok məlumat yayılıb.

 Proqnoz.com azerinfo.az saytına istinadla xəbər verir ki, meşələrin qırılması, hərc-mərclik, torpaq zəbtləri, dövlət meşə fondu torpaqlarının qazılıb satılması ilə yanaşı MRMTM-nin meşə fondunda balıqçılıq məqsədilə salınan “süni göllər” və “mal-qara” fermaları qurulub.

Sayt yazır ki, fermalarda saxlanan mal-qara dövlət meşə fonduna böyük ziyan vurur:

“Görəsən, bununla bir maraqlanıb, dövlət meşə fonduna dəymiş ziyanı hesablayıb, bu barədə akt yazılıb və ya dəymiş ziyan ödənilmişdirmi?! Görəsən, Masallı RMTM ərazisində mal-qara tövlələri və fermalarının barələrində tədbir görülməsi ilə bağlı maraqlanıbmı?!. Bəzi mal-qara tövləlıri və fərmalarında “ad” olsun deyə sadəcə “akt” tərtib edilib və ya cüzi miqdarda “dəymiş ziyan” yazılıb. Bəs dövlət meşə fonduna dəymiş ziyan?!

Dövlət meşə fondunda salınan süni göllərin ərsəyə gəlməsi üçün, 1 000 m³ dən çox torpaq qazılıb, hansı ki, o torpağın üst münbit qatı korlanıb. Sözügedən ərazilərdə olan süni göllər, mal-qara tövlələri və fermaların orada olub istifadə olunmasında Masallı RMTM-nin direktoru Adəm İsmiyev, onun müavini Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov çox maraqlıdırlar. Əlbəttə ki, bu sadalananıarın meşə fondunda olub və barələrində tədbir görülməməsi əbəs yerə deyil…”

Baş verən qanunsuzluqdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də xəbərdar olduğunu yazan sayt qeyd edir ki, 19 aprel 2021-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin zəbtlərlə bağlı (orada dövlət meşə fondunda olan mal-qara formaları xüsusi göstətilib) Masallı MRMTM-nə 27/285 saylı əmri daxıl olub. Sözü gedən əmr hələ də icra olunmayıb.

Ən dəhşətlisi də odur ki, o əmri direktor Adəm İsmiyev məqsədyönlü şəkildə müavini-baş meşəbəyi olan Faiq Əlişovun üzərinə yazmasıdır. Əslində, bu təkcə müavinin deyil, Mərkəzin kadastrı üzrə baş mühəndisin də üzərinə yazılmalıydı. Çünki, A. İsmiyev istəməyib ki, bundan kimsə xəbər tutsun. Bu əmrin üzərinə yazılan “dərkənar” saxtakarlığın açıq-aydın olmasından xəbər verir.

Yeyənkənd meşəbəyliyinin 16 saylı dolayında olan balıqçılıq məqsədilə istifadə olunan “süni” göl. Sahəsi 0.16ha (1600m²).

Qəriblər meşəbəyliyinin 2a saylı dolayında olan mal-qara fermaları. Hansı ki, o fermalarda 100 yaxın iribuynuzlu mal-qara saxlanılır.

Masallı meşəbəyliyinin 20 saylı dolayında olan mal-qara tövlələri.

Görəsən, bunların üzə çıxmasına kim və hansı qüvvələr mane olur və kimdir bunlar marağında?!.
Təkcə yuxarıd a yazılanları bitmir bu zəbtlər.

Görəsən yuxarıda sadaladığımız qanununsuzıuğlsrın baş alıb getməsindən kimlərdir günahkar?! Görəsən, yuxarıda oturanlardan kimlərdir Adəm müəllimə hamı (arxa) duranlar?!

Bu görürənlərdən belə aydın olur ki, Adəm müəllimin dediyi doğru çıxır: “Mənim arxamda tələbə yoldaşım olan ETSN-nin müavini Vüqar Kərimov durub”. Nə üçün sözügedən məmurlar cənab Prezidentin dediklərindən bir nəticə çıxardmırlar. Əksinə olaraq vəzifələrindən sui-istifadə edərək Onun dürüst siyasətinin əleyhinə gedirlər! Məgər cənab Prezident dəfələrlə demir ki, hamı bəbabər hüquqludur və bütün məmurlar xalqın xidmətçiləri və xalq bunlardan örnək götürməlidir…”

Mənbə azerinfo.az