Musa Abbasovun Neftçilər xəstəxanası can ala-ala gedir... - Qiymətlər isə kəllə-çarxa qalxıb

21:49 29-09-2021 378

Adı  “Neftçilər  Xəstəxanası”, amma neftçilərdən başqa hamıya pullu qulluq edir 

Ramin Bayramlı getdi, Musa Abbasov...


Qısa məlumat üçün qeyd edək ki,  Mərkəzi Neftçilər Xəstəxanası ilk əvvəllər  Dövlət Neft Şirkətinin (SOCAR)  tabeçiliyində olub  və əsasən xəstəxananı SOCAR maliyyələşdirib. Və xəstəxanada əsasən  neftçilər  müalicə olunub. 

Sonradan  Mərkəzi Xəstəxana   Səhiyyə Nazirliyinin tabeçiliyinə  verilib.  O zaman yayılan məlumatlardan belə aydın olurdu ki, guya  SOCAR xəstəxananı maliyyələşdirməkdə çətinlik çəkib. Nə isə...bəlli olan odur ki, xəstəxana hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindədir. 

Fəaliyyətdə olduğu müddət ərzində  xəstəxanaya kimlər rəhbərlik etməyib. Gah Həbibov, gah Yüzbaşov, gah da Minbaşıyev və daha kimlər burada “xozeyin” olub. 

Ötən əsrin sonlarında, yəni sovet dövləti dağılarkən, kəndlərimizdə  həftədə  bir kolxoz sədri dəyişən kimi, Neftçilər Xəstəxanasında da az qala ildə 2-3 dəfə rəhbərlik dəyişib. Yəni “bespredel”. 

Ən dəhşətlisi odur ki, bu xəstəxana adından göründüyü kimi əvvəllər pulsuz olaraq  neftçilərə tibbi xidmət göstərib, amma sonradan nə baş veribsə, neftçilərdən başqa  hər kəsə qulluq edib.

Əbəttə, “pulunu ödə, kim olursan ol” prinsipi ilə.  Onu da qeyd edək ki, bu xəstəxanada qiymətlər ən bahalı olsa da, xidmət səviyyəsi çox aşağı olub. Bu xəstəxanada ölüm halları ilə bağlı mediada kifayət qədər yazılıb.    

Həkimlərin səhlənkarlığı ucbatından ölən xəstələrin sayı kifayət qədərdir. Ən dəhşətli hal odur ki, xəstəxanada kağız  üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda  tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ? 

Axı, bu xəstəcanaya kifayət qədər dövlət vəsaiti qoyulub. Və  cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, devalvasiyadan istifadə edib süni qiymət artımı ilə məşğul olanlar ciddi cəzalandırılacaq.
Amma  xəstəxanada tibbi xidmətlərin haqqı ildə 2-3 dəfə artırılır. 

Təsəvvür edirsiniz, xəstənin qəbulu zamanı 1800 AZN depozit qoyulmalıdır. Adama deyərlər ki, nə qulluq elədin ki, çatan kimi 1800 manat...

Xəstə sahiblərindən birinin sözlərini bu məqamda yazmaq yerinə düşər: Doğmalarınızı bu xəstəxanaya etibar etməyin.  Bəli, artıq  Neftçilər xəstəxanası  inam-güvən sarıdan “bankrot”  olub. Amma həkimlər ayda ən azı 5-6 min qazanır.  Bu qədər qazanca baxmayaraq tez-tez  mediada oxuyuruq: “ Neftçilər xəstəxanası yenə can aldı.

Məlumat üçün onu da qeyd edək ki, 2020-ci ildə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  Musa Ababsovu  Mərkəzi Neftçilər Xəstəxanasına direktor  təyin edib. 

Ramin Bayramlı getdi, Musa Abbasov. 
Sən nə fikirləşirsən..?

P.S. Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanası ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə gundelik-baku.com