Alı Alıyev oğluna 200 minlik avtomobili hansı pulla alıb?

22:28 01-10-2021 396

Azərbaycanda məmurların dəyəri milyonlarla ölçülən villalara, obyektlərə sahib olması barədə çox yazılıb. Korrupsiya yolu ilə özlərinə var-dövlət toplayan bu cür məmurların övladları da sadə vətəndaşlardan fərqli olaraq atalarının dövlət büdcəsindən taladıqları pulların hesabına dəbdəbəli həyat tərzi sürürlər.

Qlobal.az-ın əldə etdiyi məlumata görə dəbdəbəli həyat yaşayan məmur övladlarından biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlu Elvin Alıyevdir.

Alı Alıyevin oğlu Elvin Alıyevin sürdüyü avtomobilin dəyərinin 200 min manat olduğu deyilir.

Ərazisinin böyük hissəsi düşmən işğalından yenicə azad edilmiş, əhalisinin əksəriyyəti hələ də məcburi köçkün həyatı yaşayan Füzuli rayonunun İcra başçısının oğlu Elvin Alıyevin 200 min manatlıq son model "Lexus" avtomobilini hansı pulla aldığı ciddi suallar çıxarır.

Alı Alıyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin yaxın kardlarından hesab edilir.

Onu da bildirək ki, bir müddət bundan öncə mediada icra başçısının oğlu Elvin Alıyevin Füzuli rayon Polis Şöbəsinə zabit kimi adı gedir, lakin bütün günü Bakıda əyləncə mərkəzlərində vaxt öldürən icra başçısının oğlu Elvin Alıyev bahalı avtomobilləriylə küçələrdə şütüyür. Hətta o da iddia olunurdu ki, sözügedən şəzs Füzuli Polis Şöbəsinin yerini belə tanımır. Polisdə çalışan zabit oğlunun əl-ayağını bir yerə yığa bilməyən icra başçısı, rayonu necə idarə edəcək? 

Qeyd edək ki, Alı Alıyev 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır.