Azərbaycan təhsilində xaos: Şagirdə “ŞAMTUTAN” deyən direktor 67 müəllimi qanunsuz olaraq işdən çıxarır - ÖLKƏ BAŞÇISINA MÜRACİƏT

22:41 01-10-2021 405

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova 67 əməkdaşı işdən qanunsuz olaraq çıxarmaq niyyətindədir.

Pandemiya zamanı 67 müəllimi qanunsuz olaraq işsiz qoymaq istəyən direktorla bağlı prezidentə müraciət olunacaq. Şikayətçilər qeyd edirlər ki, Nərmin Qaralova onları arxasında dayanan şəxslərlə hədələyib.

Məlumat üçün qeyd edək ki, Nərmin Qaralovanın həyat yoldaşı da Türkiyə vətəndaşıdır, İctimai TV-də rejissordur.

Mövzunu diqqətdə saxlayacağıq.