Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

22:56 01-10-2021 423

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclasında yaxın həftələrdə Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat verib.

MillətinSəsi.info
 xəbər verir ki, bu barədə Türkiyə prezidentinin tvitter səhifəsində paylaşım edilib. O, öz nitqində Azərbaycanın 44 günlük Vətən müharibəsindən qalib çıxması məsələsinə də toxunub: "44 günlük müharibədə qazanılan qələbə təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də vacib məsələ idi". 

Xatırladaq ki, bir neçə gün qabaq Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcəyini bildirmişdi.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib və sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.