Pandemiyaya son…

14:13 04-10-2021 315
Əsas şərt peyvənd
 
Artıq bir sıra ölkələr yoluxma sayının azalmasını və peyvənd olunma dinamikasının yüksək olduğunu nəzərə alaraq pandemiyaya qarşı mübarizə məqsədiylə tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasına, bəziləri isə tamamiylə ləğvinə başlayıblar. Təxminən bu ilin iyunun ortalarından başlayan bu proses, indi də davam edir. Bəzi dəvlətlər isə bu gün artıq pandemiya ilə bağlı bütün məhdudiyyətlərə son qoyaraq normal həyata qayıdıblar. Məsələn, Danimarkada sentyabrın 10-dan bütün məhdudiyyətələr ləğv olunub. Buna imkan verən əsas göstərici isə bu ölkədə 12 yaşından yuxarı əhalinin 83 faizindən çoxunun peyvənd olunmasıdır. Hər şeydən bir qazanc əldə etməyi bacaran yaponlar da, artıq pandemiyadan qurtulduqlarını və normal həyata qayıtdırlarını elan ediblər.
Növbədə kimdir? Bu suala cavab vermək çətin olsa da, görünəni odur ki, ölkəmizin də bu bəladan yaxasını qurtaracağı günə çox qalnayıb. Əsas məsələ peyvəndə ciddi yanaşmaq və peyvənd olunmaqdır. Bununla da biz, həm özümüzü, həm də ətrafımızdakıları qorumuş oluruq.
Y.Seyid