Zaqatalada torpaq davası

14:33 04-10-2021 360
Kim yedi, kim qaldı?
 
Zaqatalada 1993-94-cü illərdə həyata keçirilən torpaq islahatları zamanı baş verən qanunsuzluqların səsi indi çıxmağa başlayıb.  Yerli sakinlərdən aldığımız məlumata görə, o zaman insanların torpaq islahatı barədə bilgilərə malik olmamalarından yararlanan kənd bələdiyyələri və icra nümayəndələri islahata düşən pay torpaqlarının böyük bir hissəsini qohum-əqrabaları arasında «pay-puş» ediblər. Belə ki, torpaq bölgüsü zamanı əsas meyar qohumluq, tanışlıq və heç şübhəsiz ki, pul-rüşvət olub. Kənd islahat komissiyaları hər hansı bir kənd adamının adının siyahıya salıması üçün 100 dollar (o dövrdə böyük pul sayılırdı), kənar adamlardan isə daha böyük məbləğdə pul tələb ediblər. Bu məbləği ödəyənin adı siyahıya salınıb, ödəməyən qalıb kənarda.
Əsas narazılıq isə o dövrdə Rusiyada yaşayan və Rusiya vətəndaşı olanların pul müqabilində böyük torpaq sahələrini əldə etməsi, Azərbaycan vətəndaşı olan və Azərbaycanda yaşayanların tələb olunan məbləği ödəmədikləri üçün siyahıya salınmamasıdır. İndi rayona rəhbərlik edənlər isə yaxalarını kənara çəkərək,» bu bizim zamanımızda olmayıb», deməklə 
işlərini bitmiş hesab edirlər. Bu qanunsuz əməllər dövlətin adından istifadə edilərək həyata keçirilbsə, onun müddəti olmur. Bu əməli törədən hər kimdirsə, qanun qarşısında cavab verməlidir və verəcək. Sadəcə, geci-tezi var! 
Yusif Seyid