44 günlük savaşın gənc qazisindən Qəbələ İcra Hakimiyyətinə ittiham: "Özbaşınalıq edirlər"

14:37 04-10-2021 513
Qarabağ Qazisi Bəhram Nuruyev Qəbələ Rayon İcra Hakimiyyətinin ona qarşı ayrıseçkiliyindən və aidiyyati dövlət orqanları tərəfindən diqqət, qayğı göstərilməəsindən şikayətçidir.

Qarabağ Qazisi Bəhram Nuruyev 7NEWS.az saytının redaksiyasına göndərdiyi şikayət məktubu qeyd edir:
 
"Dostlar bir məsələni sizinlə paylaşım çünkü artıq səbrim çatmır. Qəbələ Rayon İcra Hakimiyyəti  ayrıseçkiliyi ifrat səviyyədədir.
 
Beləki rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfədə olsun dəvət edilməmişəm. Hələ bircə dəfədə olsun İcra hakimiyyətinə dəvət olunmamışam. Özləri seçib kimi isdəyirlər çağırırlar. 
 
Keçən dəfə intihar etdikdən sonra Qazilər  üzrə xidmət rəisi Ramin özümün sonradan zəng edərək "niyə gəlmirsiz" dedikdən sonra bircə dəfə o gələrək ziyarət edib. Əgər oxuyursa onuda deyim ki dəfələrlə zəng eləməsəydim oda gəlməyəcəkdi. 
 
İndiyə kimidə dövlət tərəfindən dəfələrlə isdəmirəm desəm də təkid xahiş ilə demək olar ki, məcburi olaraq yerli bələdiyyənin fondundan 200 azn adıma pul köçürülüb. Onu da Raminin müavini telefonla biz sənə çox dəstək gösdərmişik deməklə başıma vuraraq elə o 200 manatıda zəhər edibdi. Fikrim var işləyib geri ianə edəcəm özləri isdifadə etsinlər. 
 
Ölkə rəhbəri İlham Əliyev İcra hakimləri ilə bağlı "siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusuz" sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir.  Haqqım varsa zərrə qədər, icra hakimiyyətində oturub xidmət gösdərən heç kimə haqqımı halal eləmirəm.  Siz belə davam edin mən bilirəm neynəyəcəm. Məsələni ictimailəşdirərək kömək edə bilərsiz." 
Bəhram Nuriyev bundan bir müddət öncədə sosial şəbəkə hesabında yazdığı statuslarında qeyd edib ki, yardım və ya maddi köməklik istəmir. O, yaşadığı Qəbələ rayonunun İcra Hakimiyyətinə müraciət edib: “Sadəcə gəlin, arada bir maraqlanın görək Vətən uğrunda sağlamlığını itirənlər necə yaşayır?! Elə də çox uzaq məsafə deyil şəhərdən…”
 
Qeyd edək ki, Bəhram Nuriyev 1990-cı ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olub. O, Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Şuşanın azad olunmasına görə” medalı iə təltif edilib.
 
Xatırladaq ki, bu ilin avqust ayında Vətən müharibəsi qazisi Bəhram Nuriyev feysbuk səhifəsində canlı yayım açaraq intihara cəhd edib.  
 
P.S. Vətən müharibəsi qazisi Bəhram Nuriyevin şikayəti ilə bağlı Qəbələ rayonunun İcra Hakimiyyətilə əlaqə yaratmaq çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi aidiyyati qurumların və adları çəkilən şəxlərində münasibətin ictimailəşdirməyə hazırıq.