Dünya çempionatı: -Azərbaycanın son iki güləşçisi mübarizəyə başlayır

14:48 04-10-2021 441

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.

 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.

70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)

97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)

Bu ün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.

92 kq

Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus)

Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.