“AZAL”, yoxsa azar?

17:57 04-10-2021 324
Cahangirin cahangirliyinə nə vaxt son qoyulacaq?
 
Hakimiyyətdə vəzifə tutanların demək olar ki, əksəriyyəti zaman-zaman digərləriylə əvəzlənib. O başqa mövzunun söhbətidir ki, yeni gələnlər gedənlərdən müsbət mənada fərqlənməyib, əksinə daha bərbad idarəçilik sərgiləyib. Dəyişməyən tək persona “AZAL”ın şefi C. Əsgərovdur. Adam az qalıb bir qərinədir ki, ölkənin strateji bir sahəsini ata malı kimi mənimsəyib. Maraqlıdır, kimdir ona toxunulmazlıq statusu verən? 
Məhz bu statusun hesabınadır ki, Əsgərov bunca iri bir dövlət qurumuna xüsusi mülkiyyəti kimi baxır, nəyi necə istəyir elə də edir.
Məlumdur ki, ölkə üzrə karantin qaydaları yumuşaldılıb, mövcud olmuş məhdudiyyətlər ləğv edilib. Amma belə görünür ki, bu qaydaların sanki “AZAL”a aidiyyəti yoxdur. H. Əliyev adına aeroportda doğmasını yola salmaq, yaxuq qarşılamaq istəyən vətəndaş saatlarla bayırda ayaq üstə dayanmağa məcburdur. Heç olmasa insanlıq naminə bayıra oturacaqlar da qoymurlar ki, oturub qılçının dincini alasan. Bayırda açıq havada 15 yerlik bir çayxana və xırda şirniyyat dükanı fəaliyyət göstərir ki, burda da qiymətlər cib yandırır. Qaynayıb-qaynamadığı bəlli olmayan bir fincan çay 2, kapiççino kofe 5 manata, şəhərdə 3.40 manat olan “Vinston” siqareti 4.30 manata satılır. Şahidlərin deməsinə görə, binanın daxilindəki iaəşə obyektlərində qiymətlər daha yüksəkdir. 
Maraqlısı həm də odur ki, C. Əsgərovun 28 illik idarəçiliyi ərzində bugünün özündə də dövlətdən dotasiya alan “AZAL”da indiyədək nə Maliyyə Nazirliyi nə də Hesablama Palatası bir dəfə də 
olsun yoxlama aparmayıb. Sanki Naxçıvan Vasif xanın mülkiyyəti olduğu kimi “AZAL da iqta şəkilində C. Əsgərova hədiyyə edilib. 
 
Səma