Yevlaxa daha bir Eldar Əzizov təyinatı...

18:00 04-10-2021 360

 Məlum olduğu kimi Yevlaxa rəhbərlik edən Eldar Əizizovun kürəkəni Anar Tağıyevdir. Əslində isə Anar Tağıyev güzgünün görünən tərəfidir. Yevlaxı idarə edən Bakı meri Eldar Əzizovdur. Kürəkəninin idarə etmə bacarığının zəif olduğunu bilən qaynata rayonun idarə edilməsinə durmadan öz adamlarını göndərir, belə ki, rayonun başçısı kimi tanınıb yevlaxlılara qan udduran Komunal birliklərin rəhbəri Şahmalı müəllimin ardı ilə Hüseynov İlqar adlı şəxsi Yevlax RİH başçısının birinci müavini təyin edirlər. İlqar Hüseynov bu təyinata qədər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin direktoru vəzifəsində çalışıb. Eldar Əzizovun bir nömrəli əlaltısıdır.
Bu cür vəzifə manapolyaları nə vaxta qədər davam edəcək bilmirik. Bir onu bilirik ki, Allah Yevlaxlılara kömək olsun.

Yenixeber.org