“Camaat qalib suyun içində, bilmirik hara gedək, kimdən kömək istəyək” – Binəqədidən şikayət

11:49 05-10-2021 576

Ötən gün Abşeron yarımadasına az müddətli yağan yağış nəticəsində Bakı şəhəri və ətraf ərazilər demək olar ki, yağış suları altında qaldı. Növbəti belə görüntü Binəqədi kəndi Cəfər Cabbarlı küçəsindəndir. 

Yağış suları altında qalan Binəqədi kəndi Cəfər Cabbarlı küçəsində yaşayan sakinlər bu problemləri ilə bağlı heç bir dövlət qurumunun maraqlanmadığını bildirirlər.

Sakinlər problemləri ilə bağlı dəfələrlə bələdiyyəyə, ərazi icra numayəndəliyinə və su idarəsinə gedib şikayətlərin bildiriblər: “Camaat qalib suyun içində, bilmirik hara gedək, kimdən kömək istəyək”.

Binəqədi kəndi Cəfər Cabbarlı küçəsində kanalizasiya boruları partladığından bütün küçələr yağış suyuna qarışdığından burada acınacaqlı vəziyyət yaranıb. Binəqədi kəndi Cəfər Cabbarlı küçəsinin sakinləri artıq bilmirlər problemlərini kimə desinlər ki, onlara kömək olunsun: 

P.S. Mövzu ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətilə əlaqə yaratmaq çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi aidiyyati qurumların və adları çəkilən şəxlərində münasibətin ictimailəşdirməyə hazırıq.

Kanal 13