Masazır bələdiyyəsində qalmaqal

13:19 05-10-2021 873
Abşeron rayonu Masazır kənd qəbirstanlığında qəbirlərarası yolun satıldığını iddia edən şəxs, kənd bələdiyyəsinə gələrək açıqlama tələb edib. Şikayətçi bildirib ki, artıq insanlar özlərinin haqq dünyasına qovuşan əzizlərinin qəbrlərini ziyarət etmək üçün başqa qəbirləri tapdalayaraq keçməlidirlər. «Bizim orada qəbr yerlərimiz var. Oraya keçən yolu «satıblar», ölümüz düşəndə onu oraya necə aparaq dəfin edək? Bu alçaqlığı edənlər isə boyunlarına almırlar ki, bunu biz etmişik. Guya, bunu kimin etdiyini bilmirlər. «Araşdırıb, sizə bildirərik», deməklə, bizi başdan eləməyə çalışırlar». 
Başqa bir şikayətçi isə qeyd edir ki, kəndin bütün zibilliklərini belə, satıb yeyiblər. İnsanlar da zibili hara gəldi atmaq məcburiyyətində qalıblar.»Masazırda bir qarış belə, satılmayan torpaq qalmayıb.». 
Görünür, gözləri və cibləri dolmayıb, indi də qəbirstanlıqda qəbirlərarası yolları satışa çıxarmaqla, həm də vicdanlarını hərraca çıxarıblar.
Biz bütün aidiyyəti qurumlardan xahiş edirik ki, Masazır kənd icra nümayəndəliyinin, eləcə də Masazır bələdiyyəsinin fəaliyyəti ciddi təftiş edilsin. Cəzasızlıq mühiti bunları o qədər arxayın salıb, harınladıb ki, artıq ayaqlarının altındakı yolu belə, görmürlər, görsələr ony da satarlar.
 
Y.Seyid