Arayik Arutyunyan: “2016-cı il bizim üçün bir xəbərdarlıq idi”...

14:20 05-10-2021 351

Qondarma rejimin rəhbəri Arayik Arutyunyan bir sıra açıqlamalar verib. Onun sözlərinə görə, 2014-2015-ci ildə də müharibə başlaya bilərdi və inkişaf o vaxtkı kimi olsaydı, ermənilər nəinki Qarabağı, hətta Ermənistanı da itirərdi: “Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımını ən azı 8 faiz etmək olardı, çünki Azərbaycan 2007-2008-ci ildə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismar etmiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. O vaxtki qiymət 70-80 dollar idi ki, bu da hər il ən azı, 30 milyard dollar edirdi. Təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etmək fürsətini qaçırmadı. Bizim də iqtisadi artım və kifayət qədər silah ehtiyatımız olsaydı, mübarizə mümkün olardı. Neft zirvəsi Azərbaycanda

davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14 faiz oldu. Daha sonra artım ən yaxşı halda, 4-5 faiz idi. 2016-cı il isə bizim üçün bir xəbərdarlıq oldu. 1994-1996-cı illərdə bizim üçün daha əlverişli həllər əldə edə bilərdik, amma reallıq budur”.

Nigar