Gədəbəyin icra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi-SƏRƏNCAM

15:57 05-10-2021 423

Prezident İlham Əliyev bu gün Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevi vəzifəsindən azad edib.

 Bu barədə sərəncam president.az saytında yerləşdirilib.

İbrahim Mustafayev 2018-ci ilin avqustunda həmin vəzifəyə təyin edilmişdi. Daha əvvəl isə Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsində işləyib.