5 yaşından məktəbə!

16:00 06-10-2021 360
«Hara gedir bu cocuqlar, bu boyda, bu boyda!»
 
Təhsil naziri Emin Əmrullayevin uşaqların 5 yaşından məktəblərə cəlb olunması təkilifi, bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Bununla belə, təklif cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Valideyinlərin böyük əksəriyyəti, eləcə də müəllimlər, psixoloqlar, həkimlər və digər kateqoriyadan olan insanlar da indiki zamanda belə bir təklifin keçərli olmadığı qənaətindədirlər. 5 yaşındakı bir uşağı, belə bir yük altına calmaq, ona xeyrdən çox zərər verə bilər. Ekspertlər hesab edirlər ki, onlar hələ öz yşaqlıq dövrlərini belə, düz-əməlli yaşamayıblar.
Əksinə, təhsil naziri məktəbəqədər hazırlıq və uşaqlara ev tapşırıqlarının verilməsi prosesinin təkmilləşdirilməsi məsələsini gündəmə gətirsəydi, bundan daha maraqlı olardı, çünki bu hazırda Azərbaycan təhsilinin ən ağrılı yeridir. Bu gün demək olar, dünyanın heç bir yerində uşaqlara ev tapşırıqları verilmir. Azərbaycan müəllimləri isə öz işlərinin bir hissəsini valideyinlərin üstünə ataraq, uşaqları ev tapşırıqları ilə yükləməyə daha çox üstünlük verirlər ki, bu da son nəticədə heç bir pedoqoji təcrübəsi olmayan valideyin və uşaq arasında gərginliyə və stresə səbəb olur. Bu da öz növbəsundə uşaqların dərslərini düzgün qavramasına mənfi təsir göstərir.
Müzakirələr davam edir.
Daha geniş «Paralel» qəzetinin 7 oktyabr  tarixli sayında.
Yusif Seyid