Minasyan: “İran Azərbaycana göyü bağlayır, Ermənistan isə öz səmasını Bakı üçün açır”

20:06 06-10-2021 171

Erməni mətbuatı İranın Azərbaycanın hərbi aviasiyası üçün göyü bağladığını, Ermənistanın isə Bakıdan Naxçıvana qədər hava sahəsini açdığını yazıb. Bunu keçmiş millət vəkili Qagik Minasyan bu gün jurnalistlərə açıqlamasında söyləyıb: “Ermənistan hakimiyyəti bu məsələdə İranın ortağı olmadığını göstərir. Bununla dost İranın maraqlarına deyil, düşmən bir ölkənin maraqlarına üstünlük verdiklərini göstərirlər”.

Nigar