Beyləqanlı qazi Sahil Babayevə üsyan etdi

20:54 06-10-2021 594

Beyləqan rayonunun İmamverdilər kəndində yaşayan Vətən Müharibəsi əlili qazi Kərimov Teymur Abbas oğlu redaksiyamıza video göndərib. O, həmin videoda müharibədə əlil olduğunu və son bir ildə əlillik dərəcəsi almaq üçün sənəd təqdim etsə də, bu məsələ həll olunmayıb. Teymur Kərimovun həyat yoldaşı anadangəlmə əlil olsa da, o nə işləyə bilmir, nə də əlillik dərəcəsi ala bilmir.

Teyur Kərimov çox bərbad bir daxmada yaşayır. Qazi üç azyaşlı övladını anadangəlmə əlil olan həyat yoldaşının ümidinə qoyub, könüllü olaraq müharibəyə gedib. Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı düşmən atdığı mərminin partlaması nəticəsində ayağından sinir sistemini də zədələyən qəlpə yarası alıb. Reflekslər zədələndiyindən adam gecələr pampersdə yatır, əsəb sistemi pozulub. Müalicə oıunduğu üçdən çox xəstəxana və hərbi hospitaldan verilən sənədlə qazinin iş qabiliyyətini itirdiyi tam təsdiq olunsa da, bugünədək ona əlillik dərəcəsi verilməyib.

Vətən müharibəsində sağlamlığını tamamilə itirmiş Teymur Kərimov ƏƏSM naziri Sahil Babayev nazirliyi rüşvət yuvasına çevirdiyini, qazilərə qarşı çox haqsızlıq etdiyini dilə gətirir və ölkə prezidentindən kömək istəyir.

Paralel.az