İbrahim Mustafayev Administrasiyada yüksək vəzifəyə təyin olunub - İDDİA

21:03 06-10-2021 288

İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev oktyabrın 5-də sərəncam imzalayıb.

İbrahim Mustafayev 2018-ci ilin avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Bundan başqa, İbrahim Mustafayev Prezident İlham Əliyevin müvafiq əmrilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini təyin edilib.

Qeyd edək ki, İbrahim Mustafayevin yerinə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə hələ ki təyinat olmayıb.

Xatırladaq ki, bu barədə ilk məlumatı Musavat.com yayıb.