Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi – VİDEO

21:12 06-10-2021 504

44 günlük müharibə dövründə ermənilərin Gəncəni bombalaması nəticəsində ilk zərər çəkən olan şəhər sakini Vüsalə Əliyeva üsyana qalxıb. Reportyor.info xəbər verir ki, evi dağılan və bir gözünü itirən Vüsalə Əliyeva 1 ildir çadırda yaşadığını bildirir.

Onun sözlərinə görə, erməni terrorundan zərər çəkən biri kimi nə ona kompensasiya verilib, nə evlə təmin olunub. Bombalanmış evinin qarşısında etiraza qalxan və yolu bağlayan Vüsalə Əliyeva Gəncənin icra başçısı Niyazi Bayramovun laqeydliyindən şikayətlənib. Vətəndaş icra başçısının onunla maraqlanmadığını bildirib.

Həmin kadrları təqdim edirik: