Əslində Yevlaxa kim rəhbərlik edir?

21:24 06-10-2021 639

Məlum olduğu kimi Yevlaxa rəhbərlik edən Eldar Əizizovun kürəkəni Anar Tağıyevdir. Əslində isə Anar Tağıyev güzgünün görünən tərəfidir. Yevlaxı idarə edən Bakı meri Eldar Əzizovdur. Kürəkəninin idarə etmə bacarığının zəif olduğunu bilən qaynata rayonun idarə edilməsinə durmadan öz adamlarını göndərir.
Proqnoz.com  Mediaxeberleri.Az-a istinadən xəbər verir ki, rayonun başçısı kimi tanınıb yevlaxlılara qan udduran Komunal birliklərin rəhbəri Şahmalı müəllimin ardı ilə Hüseynov İlqar adlı şəxsi Yevlax RİH başçısının birinci müavini təyin edirlər…

İlqar Hüseynov bu təyinata qədər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin direktoru vəzifəsində çalışıb. Eldar Əzizovun bir nömrəli əlaltısıdır. Bu cür vəzifə manapolyaları nə vaxta qədər davam edəcək bilmirik. Bir onu bilirik ki, Allah Yevlaxlılara kömək olsun.

Xatırladaq ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib.

2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. A.Tağıyev Yevlaxın icra başçısı təyin olunana qədər Nəsimi icra başçısının müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Anar Tağıyev Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.


Redaksiyadan: Mətndəki ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə Mediaxeberleri.Az