Deputatlarımız Vyanada erməni siyasi partiya təmsilçiləri ilə görüşdü

21:42 06-10-2021 297

Milli Məclisin deputatı Tural Gəncəliyev Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşüb. Bu barədə deputat Tural Gəncəliyev sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin birgə təşkilatçılığı ilə baş tutub: “Görüşdə post münaqişə dövrünə aid məsələləri müzakirə etdik”- deyə deputat qeyd edib.

Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı Erkin Qədirli də iştirak edib.