Çavuşoğlu birgə təlimlərdən əndişələnənlərə cavab verdi

12:09 07-10-2021 270

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Türkiyənin keçirdiyi birgə təlimlərdən və iki ölkə arasındakı digər əməkdaşlıq narahat olanlara bir daha mesaj verdi ki, bu əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib.
Çavuş oğlu bəyanatında deyir: "Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, Türkiyədə, Azərbaycanda hərbi təlimlər keçirə və əməkdaşlıq edə bilərik. Sadəcə, Azərbaycan deyil, Türkiyə də daxil olmaqla hər bir ölkə istənilən dövlətlə müxtəlif sahələrdə əlaqələr qura bilər. Əgər onların bizə zərəri yoxdursa, bu ölkələrə üzümüzü çevirib "siz niyə belə edirsiniz?" sualını vermirik. Bizim də Azərbaycanla olan yaxın qardaşlığımız, münasibətimiz və iş birliyimiz, hərbi təlimlərimiz kiminsə əleyhinə deyil. Ona görə də kimsə boş yerə narahat olmasın. Bizim bu birliyimiz başqalarının əleyhinə olan bir qardaşlıq və həmrəylik deyil".
Akif Nəsirli