İşıqlar niyə sönür?

14:11 07-10-2021 342
 Bakıətrafı kənd və qəsəbələrdə işıq problemi illərdir ki öz həllini tapmır. Bakı şəhər kommunal xidmət sektorunun yağışlı, qarlı, şaxtalı hava şıraitinə hazır olmaması səbəbindən, artıq bu il də insanların qayğılı günləri başlayıb. Aidiyyəti qurumlar isə sanki ağızlarına su alıblar. Abşeron rayonunun Masazır qəsəbəsində bu gün səhər tezdən
sönən işıqlar, yalnız günorta saatlarında yanmağa başlayıb. Bu ərazidə yaşayan insanlarla yanaşı, digər strukturların da fəaliyyətini iflic edib. Hər il payız, qış aylarında yaranan bu problemin nə vaxt aradan qaldırılacağını isə heç kim bilmir. 
Yusif