Zakatalada yağışlar davam edir

14:46 07-10-2021 270

Ölkəmizin Şimal-Şərq bölgələrində intensiv yağan yağışlar insanların narahatlığını artırıb.  Belə ki, Zakatala rayonundakı mənbədən aldığımız məlumata görə, artıq bir neçə gündür ki, rayonda intensiv yağan yağışlar bu gün də davam edir.  Fermerlər və şəxsi təsərrüfat sahələrinə malik insanlar bütün iş-güclərindən qalıblar. Onlar davamlı yağan yağışlar səbəbindən, öz təsərrüfat sahələrini belə, bir müddət əvvəl sel sularının gətirdiyi lil-palçıqdan təmizləməyə imkan tapmırlar. Mənbə onu da xüsusi qeyd edir ki, bütün bu çətinliklərə baxmayaraq, öz işlərini yoluna qoymağa çalışan insanlar daha çox rayon rəhbərliyinin biganəliyindən və laqeydliyindən narazıdırlar. «Bunları elə bil, bu rayonu talamaq üçün buraya təyin ediblər, qalan məsələlərin bunlara elə bil heç bir aidiyyəti yoxdur», bunu da yerli sakinlər geyir.  
Yusif Seyid