Bitib, tükənməyən «iş dəftəri» problemi

15:50 07-10-2021 279
Qiymətlər əl və cib yandırır
 
Yeni dərs ilinin başlanması ilə ortaya çıxan problemlərdən biri də, məktəblərin  «iş dəftəri» tələbidir. Bəzi məktəblərdə valideynlərdən uşaqlar üçün «iş dəftəri» almaq tələb olunsa da, digərləri «iş dəftəri»nin vacib olmadığı, «Testlər»in daha vacib olduğu bildirilərək, onları almağı tələb edirlər. İbtidai sinif şagirdləri hər bir dərs üçün ayrıca iş dəftəri almalıdırlar.  Onların isə ilk vaxtlar, yalnız  Poçt şöbələrində satılmasa, bir cox söz-söhbətlərə və anlaşılmazlıqlara yol açdı.
Bugünlərdə apardığım araşdırmalar zamanı məlum oldu ki, «Test» və «iş dəftəri» dəftərxana ləvazimatları satılan əksər maqazalarda var. Amma qiymətlər əl və cib yandırır. Valideynlər hər belə bir dəftər üçün 6-7 manat ödəmək məcburiyyətindədirlər. Oğlu 3-cü sinif şagirdi olan Fidan xanım:» Ona 8 belə dəftər almalıyam, qızım 2-ci sinifə gedir, bu qədər pulu hardan alaq. Uşaqların məgər digər xərcləri azdır, 6-7 manata dəftər olar.? Ata-babalarımız 2 qəpiklik dəftərlə institut, universitet bitiriblər. Məktəblərin biri «test»i, digəri «iş dəftəri»ni əhəmiyyətsiz sayırsa, deməli onların dərs prosesinə elə də böyük bir təsiri yoxdur».Təhsil Nazirliyi isə artıq neçə illərdir bu problemi həll edə bilmir.
Bir daha aidiyyəti qurumlardan tələb edirik ki, bu test və dəftərlərin mahiyyətini və əhəmiyyətini valideynlərə başa salın, həm də qiyməyələrin bahalığına açıqlama verin. Nə üçün uşaqlar məktəbdə adi dəftərlərlə yazıb, oxuya bilməzlər?
Yusif