Goranboyda yüksək vəzifəli şəxs iş otağında QƏTLƏ YETİRİLDİ: Nazirliyin vəzifəli məmurunu öldürən şəxs polis, polkovnik-leytenantı Mirtağı Bağırovun oğlu olub

18:22 08-10-2021 396

Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədovu həmin qurumda mühasib işləyən Mirhadı Bağırovun öldürdüyü məlum olub. 

Milletinsesi.info-ın əldə etdiyi məlumata görə, M.Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə sabiq rəis müavini, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. 

Qeyd edək ki, hadisə oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş verib. 

1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.