Rus sülhməramlıları Qarabağı tərk edəcəklər

18:56 08-10-2021 369
Rusiyalı sülhməramlıların Qarabağda öz yerlərini möhkəmləndirmək cəhdləri hər birimizi narahat edir. Eyni zamanda onların ermənilərə açıq dəstəyi də göz qabağındadır. Bununla belə, rusiyanın özundə də, belə bir arxayınlıq yoxdur ki, onlar sona qədər Qarabağda qala biləcəklər. Rusiyalı politoloq- şərqşünas İqor Dimitriev deyir ki, 4 ildən sonra rusiyalı sülhməramlılar Qarabağı tərk etməli olacaqlar. Bu 4 ildə bir çox situasiyalar dəyişə, yeni münasibətlər ortaya çıxa bilər. Ermənilər Qarabağı tərk edəndən sonra, Rusiyanın orada qalması üçün heç bir əsas qalmayacaq. Bugün də rusiyalı sülhməramlıların Qarabağda mövcudluğu, vəziyyətin gərginləşməsinə imkan vermir. Hesab edirəm ki, bu 4 ildə ermənilər etnik təmizlənmə olmasa belə, Qarabağı tərk edib gedəcəklər. Rusiyalı sülhməramlılar indi də bu prosesi sadəcə müşahidə edirlər.
Yusif