“East Park” gözəllik salonunu qanunsuz söküb? - Sahibkardan iddia

16:38 09-10-2021 315

Bakıda sahibkar ona məxsus gözəllik salonunun “East Park” yaşayış kompleksini inşa edən şirkət tərəfindən söküldüyünü bildirib.

Kriminalqafqaz xəbər verir ki, 1959-cu il təvəllüdlü Vahidə Əzizova bununla bağlı Nərimanov RPİ 18-ci Polis Bölməsinə müraciət edərək şikayət ərizəsi yazıb.

O, ərizəsində bildirib ki, Nərimanov rayon Qarabağ küçəsində binanın zirzəmisində yerləşən fərdi gözəllik salonu sentyabrın 12-də “East Recidense” MTK tərəfindən sökülüb və oradakı 35 180 manat dəyərindəki avadanlıqları götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, şirkətin açıq mənbələrdə qeyd edilən nömrəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, V.Əzizova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keçmiş laborantıdır.