Gürcüstanda matəm elan edildi

12:16 11-10-2021 225

 Gürcüstanda bu gün matəm elan edilib. Ölkə Batuminin 26 May küçəsindəki faciə qurbanlarının yasını saxlayır.

Bu gün saat 00:00-dan etibarən Hökumət Evi və Prezident Administrasiyası, Parlament və Daxili İşlər Nazirliyi də daxil olmaqla bütün inzibati binaların üzərində dövlət bayraqları endirilib.

Gün ərzində qurbanların xatirəsini anma tədbirləri keçiriləcək.

Qeyd edək ki, oktyabrın 8-də Batumidə 7 mərtəbəli binanın bir girişi çöküb. Nəticədə 10 nəfər dağıntılar altında qalıb. Xilasedicilər gecə-gündüz çalışdı, 9 nəfər dağıntılar altında qalaraq öldü. Onlardan üçü uşaqdır. Xilasedicilər 37 yaşlı bir kişini uçqunlar altından sağ çıxara bilib. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Akif Nəsirli