DSX İrana rəsmilərinə cavab verdi

12:19 11-10-2021 153

İran İslam Respublikası rəsmilərinin sionist qüvvələrin, o cümlədən də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə iddialarına Azərbaycan Dövlət Sərhəd Xidməti cavab verib.
DSX-nın cavab bəyanatında deyilir: "Azərbaycan dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, sonra da olmayacaq.

Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir".
Akif Nəsirli