Masazır duz gölünün halətinə bax!

15:56 11-10-2021 531
Allahın qəzəbinə düçar olanlar…
 
Masazır duz gölünün quruması, insanlar arasında narahatlıq yaradıb. Son zamanlar, Masazır duz gölünün quruması barədə, müxtəlif mülahizələr söylənilir, əslində onların nə dərəcədə araşdırıldığı, bu rəylərin haradan qaynaqlandığı da, burada yaşayan insanları əsla maraqlandırmır, çünki onların böyük əksəriyyətinin reallığı əks etdirmədiyini düşünürlər. Fakt isə odur ki, Masazır duz gölü quruyur. Bu insanlar, onların ata-babaları yüz illərdir Allahın onlara bəxş etdiyi bu nemətdən yararlanaraq öz yaşamlarını təmin ediblər. Masazır duz gölündən çıxarılan duz, hələ qədim zamanlardan Abşeronun digər kəndlərində çıxarılan nöyütlə (neft-mazut) ölkəmizin hər tərəfinə daşınıb və insanlar bundan yararlanıblar.
Eynən nağıllardakı div kimi, günlərin birində bir qoluzorlu peyda olur, gölün hər tərəfini hasarlayır, orada bir zavod tikir, başlayır pul qazanmağa. Burada yaşayan insanlar, artıq nə gölün şəfasından, nə də qazancından yararlana bilmirlər. İllər keçir «div» hasarı sökmür, duzu da ata malı kimi özü satır. Yaddan çıxarır ki, Allah bu neməti təkcə onun üçün yox, insanlar üçün şəfa və dolanışıq mənbəyi kimi yaradıb. Allahtəalə görür ki, bu «div» öz əməlindən əl şəkmir, qərar verir ki, sən insanlardan güclü olsan da, məndən güclü ola bilməzsən və başlayır gölü qurutmağa. 
İki gün əvvəl gördüklərimi sizə də təqdim edirəm. Artıq gölün böyük hissəsi səhraya çevrilib. Allahın qəzəbinə gələnlər də yəqin ki, oradan baş götürüb gedəcəklər gəldikləri yerə.
 
Yusif