Qulağı pambıqlı məmurlar

17:34 11-10-2021 261
Bilmirsən söz dəyərin itirib, yoxsa bəzi səlahiyyət sahiblərinin gönü qalındı, mətbutda  işıqlandırılan problemlər həll olunmamış qalır.
 
Ölkədə çoxsaylı sayt və internet televiziyalar, yazılı mətbuat var və yəqin ki, onların hər biri azı bir dəfə bu problemin mövcudluğun gündəmə gətirib. Söhbət marşurt avtobuslarından istifadə edən milyonlarla vətəndaşın əziyyət çəkdiyi ödəmə aparatları-MilliÖn-dən gedir. Xatırlayıram ki, təkcə bizim sayt və eyni adlı qəzetdə son 5 ayda bu mövzuyla bağlı 3 yazı dərc olunub. Ancaq hələ də sərnişinlərin rahatlığını təmin etməyə məsul Bakı Nəqliyyat Agentliyindən problemin həlli istiqamətində yarım addım da atılmayıb.
Yazmışıq, bir daha şahidi olduğumuz ünvandakı duruma istinadən bildiririk ki, Mətbuat prospekti - Nəşriyyatdan 20 yanvar metrosunadək olan 22 dayanacağın ( yolun hər iki istiqaməti daxil) yalnız birində ödəmə aparatı var. Əksər dayanacaqlarda isə nəinki aparat, heç sərnişinlərin istidən və yağışdan qorunması üçün dayanacaq quraşdlrılmayıb. Yol nişanındakı avtobus şəkilindən bilmək olur ki, bura dayanacaqdır. Bu natamamllqdan A. Şərifzadə küçəsi də xali deyil. Təsəvvür edin ki, ARB telekanalının qarşısındakı dayanacaqlar da daxil, Nəşriyyatın həndəvərindəki 5 duracacqda cəmi bir MilliÖn aparatı var ki, o da saatlarla sistem pozğunluğundan “xəstə” olur. İnsanlar əllərində pul, ətrafdakılardan xahiş edir ki, avtobusa minməyə ona yardımçı olsun. Cibində qəpik pulu olmayan və bir az abırlılar isə gah ödəmə aparatının başına fırlanır ki, görsün “xəstə” nə vaxt özünə gələcək, yaxud güc verir ayaqlarına MilliÖn axtarmağa. 
İnsanlar bu sayaq süni problemlərdən əziyyət çəkir, sahəyə cavabdeh Bakı Nəqliyyat Afentliyi isə işini ancaq gündə bir dəfə aparatı “sağmaqla” bitmiş hesab edir. Pul şirin şeydi axı, hər gün əlləri ona dəyməsə həyacandan sarılıq xəstəliyi taparlar. Göründüyü kimi biz burda ancaq paytaxtın iki küçəsindən bəhs etdik, mərkəzdən kənar yerlərdə nələr yaşandığını isə sadəcə təsəvvür etmək olar.
Məlum olduğu kimi bu gün sərnişindaşımada istifadə edilən xətt avtobusların minumum 90 faizində ödəniş kartla aparılır. Bəli, bu xidmət sərnişinin rahatlığı üçün yaxşıdır. Amma bir haldakı bu sistemə keçilib aidiyyəti dövlət qurumlarının, ilk növbədə BNA-nın borcudur ki, çatışmazlıqları, vətəndaşı narazı salan problemləri təxirəsalmadan həll etsin.  
 
 Səma