Ceyhun Bayramovla Çavuşoğlu Belqradda bu məsələləri müzakirə ediblər- FOTO

15:58 11-10-2021 261

11 oktyabr 2021-ci il tarixində Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşü baş tutub. 
Proqnoz.com: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumata görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. 
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. 
Türkiyənin XİN rəhbəri “Twitter”də görüş barədə paylaşım edib:
“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - M. Çavuşoğlu qeyd edib.