Tanınmış baş məşqçi4-cü dəfə Braziliya klubundan ayrılıb

18:06 11-10-2021 288

Braziliyanın "Qremio" klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb. 

 73 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olmuş baş məşqçi 1987, 1993 - 1996 və 2014 - 2015-ci illərdə Porto Aleqre təmsilçisinə rəhbərlik edib.

O, iyulun 7-də yenidən bu postda təyin olunmuşdu. "Qremio" Braziliya A Seriyasında 23 oyundan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.