Azərbaycanda ən güclü biznes sahəsi- Əczaçılıq

18:28 11-10-2021 378
Yoxsa, dərman yeyib yaşayan millət
 
 Azərbaycanda ən güclü biznes sahəsi əczaçılıqdır. Bazar günü çox maraqlı, eyni zamanda qəribə bir mənzərəni müşahidə etdim. Belə bir məqamda insanın əlində kamera ola və bütün bu mənzərəni vidioya çəkə. Mənim isə bu sahədə bilgim az olduğundan, sadəcə yazmaqla diqqətinizi ciddi bir məqama çəkmək istəyirəm. Belə ki, bir məkanda bir-heçə market, uşaqlar və böyüklər üçün pal-paltar, ayaqqabı, cocuqlar üçün oyuncaqlar, məktəblilər üçün dərc ləvazimatları maqazaları və Aptek. Deyə bilərsiniz ki, nə olsun, belə məkanlar Bakının bir çox yerlərində var. Amma və lakin!
Maraqlısı odur ki, bütün bu ticarət məkanlarında sükunət müşahidə olunduğu halda, Aptekdə adam əlindən tərpənmək mümkün deyildi. Belə çıxır ki, Azərbaycan xalqı qazandıqlarının böyük hissəsini həkim və dərmanlara xərclədiyi üçün bir müddət sonra acından günorta duracaq, Adəm və Həvva qiyafəsinldə dünya seyrinə çıxacaq ki, biz də varıq. Mənim üçün çox maraqlıdır, görəsən bu məmləkətdə bunun səbəbini bilən bir Allah bəndəsi var? Azərbaycan axı, həm də alimlər ölkəsidir, məmurları alim, deputatları alim, icra başçıları, JEK (indi MKİS deyirlər) müdirləri alim, görəsən onlar bu məsələləri nə üçün araşdırmırlar? Araşdırsaydılar pis olmazdı, çünki həkimlərin başı pul saymağa qarışdığından, bu sahə lap başlı-başına qalıb. Son gördüklərim mənim üçün çox maraqlı müşahidə oldu. Artıq iki gündür ki, hara gedirəmsə, maqaza, dükan və apteklər arasında müqayisələr aparıram. Gəldiyim son qənaət budur ki, Azərbaycanda ən pullu biznes-əczaçılıqdır! Haydı, hamı dərman satmağa!
 
 
 Yusif