Aksiya iştirakçısı: “Biz Artsaxa yalnız status alandan sonra qayıdacağıq!”

13:53 12-10-2021 225

Hazırda Ermənistanın hökumət binası yaxınlğında keçirilən etiraz aksiyası iştirakçıları hökumətin onlara verdiyi vədlərin heç birini yerinə yetirmədiyini söyləyiblər. Onlar hökumətdən ev və işlə təmin olunmalarını tələb edirlər: “Hökumət bizimlə son görüşdə sosial dəstək verəcəyinə söz verdi, xüsusən də hər ay adambaşına 25 min dram ayrılacağını vəd etdi”.

Aksiya iştirakçılarından biri isə hökumətin miqrantlar üçün mənzil tikmək qərarına cavab olaraq, bir çoxları kimi “yalnız milli azadlıq mübarizəsi başlayacağı təqdirdə, Artsaxa qayıdacağını” söyləyib: “Əgər Artsax status almasa - bu, istər müstəqil dövlət, istərsə də Ermənistanın bir hissəsi şəklində olsun - orada sadəcə, ermənilər qalmayacaq”.

Nigar