Universitetlərdə yoluxma halları aşkarlandı!

14:58 14-10-2021 369

 Bakıdakı universitetlərdə koronavirusa yoluxma faktları aşkarlanıb.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələrdə koronavirus aşkarlandığı üçün qruplar 14 gün müddətində distant təhsilə keçib.

Bununla yanaşı, Azərbaycan Dillər Universitetində də yoluxma halı baş verib. Universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığı üçün qruplar distant təhsilə keçib.

Paralel.az