Beyləqan xəstəxanası baş həkimsiz qalıb

17:08 02-11-2021 855

Nurəngiz Bəşirova beyləqanlı xəstələrin taleyilə oynayır

 Beyləqanda əhalinin narazılığı ən yüksək həddə çatıb. Rayon əhalisi bunun əsas səbəbini rayonun həlledici vəzifələrini tutanların əksəriyyətinin yerli kadr olmaması ilə, əhaliyə yad, ögey münasibət bəsləmələrilə əlaqələndirirlər. Əhalinin belə bir qənaətə gəlməsinn səbəbi isə odur ki, vəzifə tutanlar camaatın müraciətinə və şikayətlərinə biganə yanaşırlar.

Rayon icra hakimiyyətinin başçısı, prokuror, polis rəisi, hakim, DTX bölmə rəisi, Hərbi Səfərbərlik xidmətinn rəisi, vergi idarəsinin rəisi, xəstəxananın direktoru, “Arana” aqrar dövlət təsərrüfatının direktoruvə bir sıra digər vəzifələrə Beyləqana kənardan gətiriliblər.

Xəstələrin zəng vurub redaksiyaya vurub bildirdiklərinə görə, fevral ayında Xocavənd xəstəxanasının baş həkimliyindən Beyləqan mərkəzi xəstəxanasının direktoru vəzifəsinə gətirilən Nurəngiz Bəşirova rayon əhalisinin əlil və xəstə vətəndaşlarının dövlət qeydiyyatına alınmasını dayandırıb.

Direktor N. Bəşirova məzuniyyətə çıxaraq, xəstəxananın baş həkim Üzeyir həkimi rüşvət zəminində TƏBİB-in vasitəsilə tutduğu vəzifədən azad etdirib. Xəstəxananın oftolmoloqu Bayram Cabbarovu baş həkim əvəzi təyin edərək, xəstələrin əlilliyinin təyin edilməsi üzrə komissiyanın fəaliyyətini dayandırıb. Bu yolla bir aydan çoxdur ki, rayon əhalisinin əlil və xəstə kəsimi Beyləqan rayon xəstəxananın direktor Nurəngiz Bəşirovanın məsuliyyətsizliyinin və şıltaqlığının qurbanına çevrilib.

Beyləqan əhalisinin TƏBİB-ə və Səhiyyə nazirliyinə etdikləri çoxsaylı müraciətlərə isə reaksiya verən yoxdur.

Rayon əhalisi xəstəxananın direktorunun və rayon rəhbərliyinin Beyləqanda yaratdıqları xaosa son qoymaq üçün ümidlərini ölkə prezidentinə və birinci vitse-prezidentə bağlayıblar.

Paralel.az