Azərbaycanda türk vətəndaşı “tələyə necə düşüb?” –İLGİNC FAKTLAR

17:22 02-11-2021 477

Xeyli müddətdir ki, Türkiyədəki əmlakını satıb Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gələn türk vətəndaşının, ailə üzvləri ilə birlikdə olmazın oyunlara düçar olmaları haqda silsilə məqalələr yayımlamaqdayıq. Buna səbəb, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini heç bir halda əsirgəməyən, bir sözlə bizə qarşı qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikası vətəndaşının sahib olduğu əmlakın müxtəlif yollarla əllərindən alınmasıdır. Belə bir olay olduqca həssas məsələ olsa da, hələ ki, qardaş ölkənin vətəndaşı Azərbaycanda ayrı-ayrı məhkəmələrin və digər dövlət qurumlarının qapılarında sürünməkdədir.

 Belə ki, redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, Y. Hüseynov küç, döngə-3, ev-15, mən-4 ünvanında qeydiyyatda olan və yaşayan Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Necdet Uzun Mustafa oğlu həm özünün, həm də həyat yoldaşının adından redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir: “Mən Məmmədova Nailə Maarif qızı ilə 22 may 2003-cü il tarixdə ailə həyatı qurmuşam və birgə nikahımızdan ikı övladımız var. Hər kəsə bəllidir ki, ana vətənim Türkiyə Cumuriyyəti ilə Azərbaycan Respublikası qardaş dövlətdirlər. Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Qeyd edım ki, bugünə kimi başımıza gətirilən olayların əsas səbəbkarı Abdullayev Rövşən Hüseyn oğlu adlı şəxs olub. Yəni, bu şəxs 14 ildir ki, bizə məxsus əmlakımızı əlimizdən alıb. 1997-ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəki əmlaklarımı satıb Azərbaycana köçdüm və əldə etdiyim pul vəsaitlərimi Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu ilə birlikdə “Lüks Sönməz” MMC-ni təsis etdik və bu MMC-nin balansında, hansı ki, indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, daha dəqiq desəm Sumqayıt şössesi-6 ünvanında 0,79 ha toraq sahəsi var idi. Qevd edim ki, hal-hazırda həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini vaxtilə öz vəsaitimlə ərsəyə gətirmişəm. 2007-cı ildə bizə məxsus əmlak işlək vəziyyətdə olarkən, Rövşən Abdullayev qeyd olunan ərazidə üçmərtəbəli ticarət mərkəzi inşa etmək istəyində olduğu fikirini mənə çatdırdı. O, əvvəlcə bildirdi ki, əgər ona torpaq sahəsi versək, qeyd olunan ərazidə tikinti ışlərini başa çatdıracaq. Çox çəkçevirdən sonra Rövşən Abdullayev bu məsələ barədə məni razı sala bildi və biz belə bir şərt daxilində razılığa gəldik ki, o, ilk öncə “Lüks Sönməz” MMC-nə təsisçi kimi qəbul olunsun və  bunun müqabilində üç il ərzində aparacağı tikinti işlərini başa çatdırsın. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə, Rövşən Abdullayev təsisçilikdən çıxmalı idi. Beləlıklə, bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdıq etdirdik. Qeyd edim ki, həmin vaxtlarda Rövşən Abdııllayev mənə 170.000 manat məbləğində borc pul verdi və həmin pulu “Lüks Sönməz” MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bildirim ki, bu şəxs üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini ondan soruşduqda, o, hər dəfə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə eləcə də qaldı və bundan sonra vəziyyətim gündən-günə ağırlaşdı. Çünki, əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldik. Belə bir qərara gəlsək də, Rövşən Abdullayev bizə məxsus əmlakın 50 faiz payçısı olduğundan o, alqı-satqı işlərinə razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub onu təsisçilikdən çıxarmaq üçün məhkəməyə müraciət etdim. Rövşən Abdullayev hansısa yollarla məhkəməyə təsir etdi və həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Rövşən Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və mənə bıldırdi ki, borca verdiyi 170.000 manat pulu 55 faizlə hesablamış və həmin pulun faizi üstüstə 785.000 manat edir. Çox keçmədi ki, Rövşən Abdullayev verdiyi pulu ona qaytarmağımızı tələb etdi və “Əgər pulu qaytarmasan, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi. Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adı çəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Belə ki, həyat yoldaşım Nailə Məmmədova “Lüks Sönməz” MMC-nin təsisçilərindən biri olduğu üçün, onunla Rövşən Abdullayev arasında notarial qaydada kredit müqaviləsi imzaladıq və qeyd olunan əmlak satıldıqdan sonra, biz həmin pulu ona qaytaracağımıza bağlı razı olduq. Həmin vaxt biz bu şəxsin digər kələk işlərindən xəbərsiz idik. Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bizə müraciət etsə də, Rövşən Abdullayev hər dəfə onları ərazidən uzaqlaşdırdı və alqı-satıqı işlərinə mane oldu. Bu şəxslə aramızda olan kredit müqaviləsının vaxtı başa çatdıqdan sonra o, məhkəməyə müraciət etdi və kredit müqaviləsində qeyd olunan 170.000 manat pulu və ona hesablanmış faiz borcu tələb etdi. Beləliklə, başımız məhkəmələrə qarışdı və hər dəfə o, məhkəmələrdə bizə qalib gəldi. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərildi və həmin vaxtlarda çoxsaylı qanunsuzluq halları baş verdi. Çünki, Binəqədi Rayon Icra və Probasiya Şöbəsi bizə məxsus əmlakı təxminən 1.500.000 manat dəyərində qiymətləndirdi və heç bir halda xəbərim olmadan 50 faizlik payı Rövşən Abduilayevin adına rəsmiləşdirir. Bundan sonra adı çəkilən bu şəxs bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə bizə qarşı təzyiqlər etdi. Əslində bizim əmlakın dəyəri təqribən 4-5 milyon manat civarında ıdi. Buradan da görünür ki, o, məqsədli şəkildə bizə məxsus əmlakı ələ keçirib. Belə bir olaylardan sonra, əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdik və bu dəfə əmlakımız 4.500.000 manat dəyərində qiymətləndirildi. Belə olan halda Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelliyasiya şikayəti verdi. Bakı Apellyalsiya Məhkəməsində təkrar ekspertiza keçirildi və bizə məxsus əmlak 1.918.700 manat məbləğində qiymətləndirildi. Bu dəfə də həmin qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etdik və işə yenidən baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da, bu məhkəmə instansiyasında bizim iştirakımız təmin olunmadı, qaldırdığımız vəsatətlərin heç biri təmin edilmədi. Məhkəmə tərəfindən yenidən təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi əmlakımızın dəyərini 1.968.700 manat qiymətləndirdi. Tərəfımizdən verilmiş təkrar vəsatət əsasında məhkəmə əmlakımızın dəyəri haqda daha dəqiq rəy əldə etmək üçün, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi məqsədilə sorğu göndərdi. Baxmayaraq ki, Bakı Apelllyasiya Məhkəməsi tərəfindən əvvəlcə qiymətləndirilmə keçirilmiş və MBA LTD MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyində “Lüks Sönməz” MMC-ə məxsus torpaq sahəsinin real bazar qiymətinin 1.587.200 manat, qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş tikililərin qiyməti isə 363.000 manat dəyərində qiymətləndirilməklə, ümumi qiymətin 1.950.200 manat olması qənaətinə gəlinmişdir. Artıq neçə ildir ki, Rövşən Abdullayev bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər gəlirlər də əldə edir”.

Zərərçəkən şəxslər pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün, xeyli müddət bundan öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti edirlər və bu məhkəmə instansiyası 25 may 2021-ci il tarixdə Nailə Məmmədovanın şikayətinin qismən təmin olunması, eyni zamanda Bakı Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2020-ci il tarixli 2(103)-5081/2020 qətnaməsinin ləğv olunması, işin yenidən apellyasiya baxışına göndərilməsi haqda qərar qəbul edir. Hal-hazırda bu iş Bakı Apelliyasiya Məhkəməsinin hakimi cənab İkram Şirinovun icraatındadır. Qeyd edək ki, bir neçə gün bundan öncə bu işlə bağlı Bakı Apelliyasiya Məhkəməsində məhkəmə prosesi keçirilərkən, ilk öncə hakim hər iki tərəfə barışıq əldə olunması haqda təklif verir. Zərərçəkən şəxslər isə, onların pozulmuş hüquqlarının bərpası, yəni əllərindən alınmış əmlakın geri qaytarılacağı, onlara vurulmuş maddi və mənəvi zərərin tam şəkildə ödəniləcəyi halda barışığın əldə oluna biləcəyini bildirirlər. Bir sözlə, hal-hazırda Necdat Uzun Mustafa oğlu və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızı, Abdullayev Rövşən Hüseyn oğlunun “oyun qaydaları”ndan qurtulmaq istəyindədirlər. Onu da bildirək ki, zərərçəkən şəxslərin redaksiyamıza təqdim etdikləri şikayət ərizəsi əsasında bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova və digər vəzifə sahiblərinə rəsmi qaydada məktubla müraciət etmişik. İnanırıq ki, zərərçəkən Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının pozulmuş hüquqlarının bərpa olunması diqqətdə saxlanılacaq və Bakı Apelliyasiya Məhkəməsinin hakimi cənab İkram Şirinov, ədalətli məhkəmə qətnaməsinin çıxarılmasını təmin edəcək. Bu işlə bağlı növbəti məhkəmə prosesi 03 noyabr 2021-ci il tarixə təyin olunub.

Mövzu diqqətimizdədir. (GundemXeber.Az)