Təhsilə ayrılan vəsait artlı

20:03 02-11-2021 495
Keyfiyyət artacaqmı?
 
Gələn ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait artırılaraq 3, 884 milyon manata çatdırılıb.
Təhsilə ayrılan vəsaitin artırılması, heç şübhəsiz ki, hər birimizi sevindirir. Amma və ancaq…
Bu artımın təhsil sisteminin təkmilləşməsinə və təhsilin keyfiyyətinin artmasına müsbət təsiri olacaqmı? Azərbaycan mühitində, bu suala cavab vermək çox çətindir. Çünki, bu həm də, insanların (bu halda müəllimlərin) şəxsi keyfiyyətlərindən daha çox asılı  məsələdir.  Ələlxüsus da, məktəbəqədər təhsil müəssisələrindəki özbaşınalıqların qarşısı alınmadan, bu suala cavab vermək müşkül işdir.
İkincisi, məktəbəqədər təhsil müəssisələri mütləq şəkildə Təhsil Nazirliyinin tabeliyinə verilməlidir ki, orada olan bazarlığa son qoyulsun .Həm də, təhsildə ümumi bir ardıcıllıq sistemi yaransın. Bu, həm də ona görə lazımdır ki, məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinə tapşırılması, ümumiyyətlə özünü doğrultmadı. Tam əksinə, daha da bərbad vəziyyət yarandı.
Yusif