Saxta "Covid 19" pasportu satan baş həkim Elçin Bilalovu həbsdən icra başçısı NECƏ QURTARDI? - MÜRACİƏT

14:42 03-11-2021 585

“Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Ləman Hacıyeva, Uşaq Xəstəxanasının baş həkimi Elman Şirinov və Poliklinkanın baş həkimi Arzu Burcəliyevə işdən çıxarılmalarına dair məcburən ərizə yazdırılıb.Həmçinin 7 nəfər həkimə töhmət verilib.Bunun səbəbi kimi Göyçay rayon Mərkəzi Xəstəxanasnda baş alıb gedən korrupsiya və ciddi qanunsuzluq faktıdır.

Proqnoz.com xəbər verir ki, bu barədə Göyçay rayon sakinləri tərəfindən göndərilən şikayət məktubunda belə deyilir.

Müraciəti olduğu kimi təqdim edirik: 

“Bir neçə gün əvvəl xəstəxanada saxta Covid 19 pasportunun satılması aşkarlanması mərkəzi orqanlarını tədbir görməyə məcbur etmişdir. Ancaq Göyçay rayon sakinlərini təəcübləndirən bir məqam o olmuşdur ki, bütün bu korrupsiyanın başında dayanan baş həkim Elçin Bilalova gözün üstə qaşın var deyən olmadı”.

Sonradan məlum oldu ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə işə müdaxilə edib və  Elçin Bilalovun vəzifədə qalmasına nail ola bilmişdir.Çünki məhz Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsinin əldə etdiyi kapitalın çox hissəsi icra başçısı Mehdi Səlimzadəyə verilir.

Tək saxta Covid 19 pasportunun satışından hər gün icra başçısına 10.000 manat Mehdi Səlimzadəyə pul verilirmirş. Vətəndaş birinci vaxsinasiya üçün 100 manat 28 gündən sonra ikinci vaksin üçün də 100 manat ödəyirmiş.

Həttda bu cinayət əməlinin üstü açılan zaman icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovu cinayət məsuliyyətindən qurtara bilmidşir. Nəticədə bir neçə tibb bacsı cinayət məsuliyyətinə cəlb edildi.İşdə bir başa əli olub ən çox gəlir götürən yüksək vəzifəli şəxslər məsuliyyətdən kənarda vəzifədə qaldılar ancaq qəpik quruşa cinayətə sövq edilmiş tibb bacıları xərcləndi.

Qeyd ediək əvvəllər Göyçay rayon xəstəxanası regionda yüksək səviyyədə xidmət göstərən tibb ocağı olsada Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsi xəstəxananın fəaliyyətini tamam iflic etmişdir.

Bunun isə bir nömrəli səbəbkarı icra başçısı Mehdi Səlimzadə olmuşdur.Onun baş həkimdən hər ay haqq vermə tələbinə görə rayonda tibb sistemi tamam korruspiyaya qurşanmışdır. Nəticə də əhali əziyyət çəkir narazılqılar yaranıb.Bir nəfər korrupsionerin tamahına görə Göyçay və digər yaxın rayonların sakinləri əziyyət çəkirlər.

Xəstəxanada icbari sığorta olsada xidmət pulludur.Çünki icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovdan haqq tələb etdiyi üçün oda həkimlərə aylıq qiymət təyin edib.Buna görə xəstəxana korrupsiya yuvasına dönüb.

İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev bunları bilsədə Mehdi Səlimzadənin sözündən çıxmayaraq 3 nəfəri işdən çıxartdı ancaq baş korrupsioner Elçin Bilalov vəzifəsində qaldı.

Göyçay rayon Mərkəzi Xəstəxanasına gəlib müayinədən keçib müalicə almaq hamısı pulludur.Pul verməyib qanun tələb edənlər isə kobud rəftara məruz qalaraq səhv müayinə və müalicə ilə üzləşir.
Coronavirus la mübarizəyə görə dövlət tərəfindən ayrılmış tibb işçilərinin maaşlarına müddətli əlavələri

Elçin Bilalov talan etmişdir ki, nəticədə də işçilər arasında ciddi narazılıqlar yaranıb.

Qeyd edək ki, Göyçay RMX-nın baş həkim Elçin Bilalov korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Bakı şəhərində bir neçə mənzillərə sahib olmuşdur.Həmçinin Elçin Bilalovun Türkiyənin İstanbul şəhərində mənzil almasıda bildirilir.O, gününü eiş işrətlə məşğul olur ki, hər gün spirtli işki qəbul edib sərxoş vəziyyətdə işə gəlir.

Biz Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirik Göyçay rayon xəstəxanasını korrupsiya yuvası etmiş baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində ciddi tədbirlər görəsiniz…!”

İmza; Göyçay rayon sakinləri

Rəsulova Mətanət Rəcəb qızı

Əlaqə telefonu; 051 496-46-38

Göyşay şəhəri Nizami küçəsi ev 56 sakini
Heybətova Samirə Kazım qızı
Salahov Elçin Nazim oğlu
Qasımov Bəxtiyar Sarif oğlu
Kərimova Şəfiqə Mövsüm qızı
Umudov Rüstəm Paşa oğlu
Məhəmmədov Rəvanə Mehdi qızı
Quliyev Paşa Nəriman oğlu Səmədova Məryəm İlyas qızı
Abdullayev Vaqif Əsəd oğlu

P.S. Məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq.

Aytac Məmmədova

Proqnoz.com