Kooperasiya Universitetindən saqqal qadağası

12:34 04-11-2021 711

Azərbaycan Kooperasiya Universiteti tələbələrinə saqqal qadağası barədə xəbərdarlıq edilib.

Tələbələr iddia edirlər ki, saqqalı olan şəxslər universitetə buraxılmır, qapıdan geri qaytarılır.

Faktla bağlı Kooperasiya Universitetin Mətbuat Xidməti bildirib ki, heç bir tələbə geri qaytarılmayıb, sadəcə onlarla 5 dəqiqə maarifləndirici söhbət aparılıb, sonra isə dərsə buraxılıblar.

“Rəhbərliyin tapşırıdır, bura ali təhsil ocağıdır, ona görə istəyərdik ki, tələbə dərsə səliqəli gəlsin. Sinəyə qədər çatan saqalla gəlməsinlər. Vizual görünüş üçün kim istəsə saqqal saxlaya bilər”- Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov bildirib.

Paralel.az