Dərmanların da, qiyməti artacaq

18:22 04-11-2021 306
Xəstələnmək qadağandır, vay halına, ay kasıb
 
«Dövlət rüsumu haqqında» qanuna edilən dəyişikliyə görə, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün alınan rüsum da 100 manatdan 150 manata qaldırılır.
Heç kimə sirr deyil ki, Azərbaycanda  dərman satışı güclü arxası olan bir qruplaşmanın əlindədir. Bu səbəbdən də, ölkəmizdə dərman və digər tibbi ləvazimatlar, qonşu dövlətlərdə olduğundan çox bahadır. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün alınan rüsumun birdəfəyə 50 faiz artması, heç şübhəsiz ki, dərmanların da qiymətinin 100 faiz artmasına səbəb olacaq. Burada qazanan «dərman mafiyası», uduzan isə kasıb camaat olacaq. Bu qərarı verənlərin görəsən, ölkədə, sadəcə həkimin yazdığı dərmanı ala bilməməsi səbəbindən, nə qədər insanın dünyasını dəyişdiyindən xəbəri varmı? Bu gün Azərbaycanda ən gəlirli biznesin də, dərman satışı olduğu hamıya bəlli bir reallıqdır. Xəstəxanalar sağaltmaq yerinə, xəstə ixrac edir, dərman mafiyası da, baha və saxta dərmanlarla onları öz əsarətində saxlayır. Hökumət də, bu kimi qanunlarla onlara dəstək verir. Vay halına, ay kasıb, bacar xəstələnmə, bu ölkədə xəstələnmək qadağandır, xəstələndinsə, öldün demək!
Yusif